"O, bu mövsüm məni ürəkağrısına salıb" - "Neftçi"yə aid NÖVBƏTİ ETİRAF

26 Dekabr 2022 22:20 Azarkeş 1 047
"O, bu mövsüm məni ürəkağrısına salıb" - "Neftçi"yə aid NÖVBƏTİ ETİRAF

"Neftçi" qış fasiləsinə 3-cü pillədə yollandı. Liderlə aradakı xal fərqi isə nə az, nə çox 12 xaldı.

Mövsümün yarılandığını nəzərə alsaq, fərq kifayət qədər böyükdür. Bir qədər irəli gedərək, ağdamlıların əlçatmaz olduğunu da iddia etmək olar.

Halbuki mövsümün əvvəlində komandanın çempionluq üçün mübarizə aparacağı proqnozlaşdırılırdı.

Komanda kimi, yayda heyətə cəlb olunan Qodsvoy Donyoya olan ümidlər də böyük idi.

Amma nə Donyo özünü doğrultdu, nə də "Neftçi". 24 yaşlı forvard mövsümün ilk yarısında meydana çıxdığı 17 görüşdə cəmi 4 dəfə rəqib torunu silkələyə bilib.

Əslində isə bunlar bir-birinə bağlı məsəllərdir. Qanalı qolları sıralasaydı, bu gün komandasının da durumu daha ürəkaçan ola bilərdi.

Məsələn, "Qarabağ"ın forvardları - Musa Qurbanlı və Ramil Şeydayev birlikdə 26 qol vurublar.

Yaranmış mənzərədən haqqlı olaraq "Neftçi"li tərəfdarlar narazılıq edirlər. Bunu komandanın "feysbuk"da azarkeş səhifəsində yazılan çoxsaylı şərhlərdən asanlıqla görmək olar:

"Dəfələrlə yazmışam ki, Donyo futbolçu deyil. Rəhman Hacıyev ondan qat-qat texnikalı futbolçudur Belə oyuna görə o qədər pul vermək düzgün deyil".

"Birmənalı olaraq "Neftçi"yə layiq deyil".

"Bunun qabağına 5-10 qoyun verəsən aparıb otara".

"Təəssüf ki, komandamıza bir xeyri yoxdur".

"Kimsə onu zarafata salıb komandaya gətirib. Bəlkə, yaxşı məşqçi ola bilər, amma futbol oynamağı görünmür".

"Donyo futbolçudursa, mən də Karlo Ançelottiyəm".

"O, bu mövsüm məni ürək ağrısına salıb".

"Neftçi"yə layiq hücumçu deyil".

"Bunun yerinə Tiaqo Bezerranı saxlasaydıq daha yaxşı olardı".

"Donyo yox, onu bura gətirəni söymək lazımdır".

"Donyo səviyyəsində futbolçuya "Neftçi"nin 11 nömrəsin vermək günahdır".

"Adam bildiyimiz taxta parçasıdır".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı