“Qarabağ”ın məğlubiyyətinə SƏRT REAKSİYA: “Xoş gəlmisən bizim diyara”

20 Dekabr 2022 17:40 Azarkeş 1 904
“Qarabağ”ın məğlubiyyətinə SƏRT REAKSİYA: “Xoş gəlmisən bizim diyara”

Ölkə kubokunun son qalibi olan “Qarabağ” cari mövsümdə həmin turnirdə çıxışını erkən dayandırdı.

Ağdamlılar 1/4 final mərhələsində “Qəbələ”ylə iki oyunun nəticəsinə görə (2:2, 0:1) mübarizədən kənarda qaldı.

“Qarabağ”ın büdcədə və demək olar bütün komponentlərdə bir neçə dəfə üstələdiyi komandayla bacara bilməməsi azarkeşlər tərəfindən xoş qarşılanmayıb.

Klubun “feysbuk” səhifəsində dəstək xarakterli mesajlara rast gəlsək də, valı başqa yerə fırladanları, yenilgiyə fərqli don geyindirənləri də görmək mümkündür.

Şərhlərə diqqət yetirək:

“Oyun verilməliydi. Ölkənin kubokunun da, çempionatının da daimi qalibi olmaq ölkə futbolu adına böyük minusdur”.

“İlk növbədə hər şey “Qarabağ”ın bir telinə qurban. İkincisi, hər şey ortadadır. Hər şey Qurban müəllimdən asılı deyil. Mərc oyunları var, kimlərsə qazanmalıdır. Vəssalam”.

“3 mövqedə mübarizə aparmaq çətin olacaqdı. Hər işdə bir xeyir var”.

“Belə yox da. Satırsız, bilmirəm. Bağışlayırsız, bilmirəm. Heç olmasa qapıya bir zərbə vurun da”.

“Mənim komandam qərəzli şəkildə məğlub olmamalıdır. Qalib gəlmək istəyən daha çox çalışsın”.

“Oyuna baxanda, əsas heyətə baxanda bilirdim ki, “Qarabağ” qələbə istəmir. İstəsəydi, yetərincə qol vurardı”.

“Misli”, xoş gəlmisən bizim diyara”.

“Qazanan “Misli” oldu. Futbol təmiz qumar olub”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti