"Hə, Qurbanov, bəlkə cavabınız ola?" - "Səbail"də HESABAT

15 Dekabr 2022 23:40 Azarkeş 478
"Hə, Qurbanov, bəlkə cavabınız ola?" - "Səbail"də HESABAT

"Səbail" Premyer Liqada ardıcıl 6-cı görüşündə də məğlubiyyət yaşadı.

"Sumqayıt"ın qonağı olan Bayıl təmsilçisi hər hissə bir qol buraxmaqla sonda xalsız qalmağa məcbur oldu - 0:2.

"Kimyaçılar"a uduzmaq, həm də paytaxt klubunun sonuncu pilləyə düşməsini rəsmiləşdirdi.

Komandanın ardıcıl məğlubiyyətləri, xüsusi ilə də sonuncu pilləyə düşməsi fanatların da səbr kasasını daşırıb.

Onlar klubun sosial şəbəkələrdəki rəsmi hesablarında sərt tənqidləri ilə yadda qalıblar:

"Sabah"la oyunu təxirə salın. Siz Allah, meydana çıxmasanız yaxşıdır".

"Çox gözəl oynayıblar, hələ şəkillər də paylaşırsız".

"Meydanda qaçan hakimlər sizdən inamlı qaçır".

"Nə vaxta qədər ayağı top tutmayan oyunçuları xaricdən alıb əsas heytdə oynadacaqlar və yerli oyunçular - Ədilxan, Turan, Ruslan, Mirabdulla ehtiyatda oturacaq bu komandadan qələbə gözləməyin".

"Xahiş edirəm, oyuna çıxmayın".

"Oyuna getmiyin, ancaq ortalıqda qaçırlar".

"Kizito demişdi ki, istənilən komandanə darmadağın edərik. Noldu? Bəs, niyə eləmədiz?".

"Sabah"ın qarşısına bu oyunla çıxacaqsız? Bu oyunla Azərbaycan kubokunu hədəf seçmisiz? Hə, Mahmud müəllim, bəlkə, cavabınız ola?".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti