Söz verib, əməl etdilər - FOTOLAR

13 Dekabr 2022 14:20 Azarkeş 950
Söz verib, əməl etdilər - FOTOLAR

Premyer Liqanın 17-ci turunun açılış oyunu Şamaxıda keçirilir.

Şəhər stadionunda yerli komanda “Zirə”ni qəbul edir.

Oyuna maraq kifayət qədər azdır. Buna səbəb hər iki komandanın azarkeş qruplarının Premyer Liqa matçlarını boykot etməsidir.

16-cı turda polislərin “Neftçi” – “Qarabağ” matçı zamanı ağdamlı fanatları həbs etməsi digər klubların azarkeşlərini çempionat oyunlarını boykot etməsi ilə nəticələnib.

Və bu səbəbdən meydan sahiblərinin “Sector 56”, qonaqların “Qartal” qrupları stadiona təşrif buyurmayıb.

Hazırda Şamaxı şəhər stadionunda yalnız sıravi azarkeşlə yer alıb ki, təxmini say 200-250 nəfərdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"