"Qarabağ" azarkeşlərindən "Qəbələ" ilə oyunda 1 dəqiqəlik iştirak - FOTO FAKT

8 Dekabr 2022 21:20 Azarkeş 849
"Qarabağ" azarkeşlərindən "Qəbələ" ilə oyunda 1 dəqiqəlik iştirak - FOTO FAKT

“Qarabağ” ölkə kubokunun ¼ final mərhələsinin ilk matçında doğma meydanda “Qəbələ”ni qəbul edir.

Matçın keçirildiyi “Azərsun arena”da yerli tərəfdarlar etirazla yadda qalıblar.

Belə ki, komandanın aktiv azarkeş qruplarından biri olan “Qarabağ Ordu” fanklubu “Neftçi” ilə oyunda həbs olunan üzvlərinə dəstək olaraq “Liberta Per Gli Ultras” sözləri yazılan pankart açıblar.

Bu, italiyan dilindən tərcümədə “Azarkeşlərə azadlıq” mənasını verir. Cəmi 1 dəqiqə tribunada yer alan qrup üzvləri etirazın davamı olaraq arenanı tərk ediblər.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 16-cu turu çərçivəsində baş tutan “Qarabağ” – “Neftçi” arasındakı görüşün (0:4) gedişində petardlardan istifadə etdiyi üçün “Qarabağ Ordu” və “İmarət” azarkeş qruplarının hərəsindən bir nəfər həbs olunub.

Polis bölməsinə aparılan fanatlara pul cəzası və 8 sutka həbs verilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!