"Sumqayıt"da tilsim qırıldı, Abasovla şərt kəsib, yeni vəd verdilər

5 Dekabr 2022 19:40 Azarkeş 948
"Sumqayıt"da tilsim qırıldı, Abasovla şərt kəsib, yeni vəd verdilər

"Sumqayıt"ın 15 turluq qələbə həsrəti başa çatdı.

16-cı turda "Kəpəz"in qonağı olan komanda ilk 3 xalına sevindi.

"Kimyaçılar" çətin səfərdən minimal hesablı qalibiyyətlə qayıda bildi - 0:1.

Qələbəsizlik seriyası Vurğun Hüseynovun 89-cu dəqiqədə vurduğu dəqiq baş zərbəsi ilə reallaşıb.

Kapitanın qol sevincini ilk olaraq fanatların yanına qaçaraq qeyd edib.

Axı bu qələbənin ən çox həsrətini, ağrısını çəkən onlar olub.

Nəhayət ki, gec də olsa komandanın tərəfdarlarının üzü kapitanın qolu ilə gülüb. Onların sevinc şərhlərini klubun rəsmi "feysbuk" hesabında görməyə dəyər:

"Samir müəllimə halal olsun. Bu cür heyətlə belə oynamaq çox gözəl idi. Komandanın hücumdakı oyunçularınən keyfiyyəti çox aşağıdır. Yeni transferlər lazımdır".

"Şükür, nəhayət ki, 15 turdan sonra qələbə qazanıldı. Yeni avtobusun təkərləri düşərli oldu. O gün olsun yeni stadion da düşərli olsun".

"Yaxşı oynadılar, layiqli qələbə qazandılar".

"Tilsim qırıldı, ardı gəlsin".

"Axır ki, şeytanın ayağın qırdılar. Təbriklər".

"Halaldı. Hücumçuların etmədiyini axırda müdafiəçi etdi".

"İlk dəfə görənlər Amin yazsın".

"Sənə inanırıq, Samir müəllim. Bir qələbə də gətir, stadionun açılışında izdiham olsun".

"Bu günü də gördük".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”