Dünya çempionatında son 28 ilin azarkeş rekordu qırıldı

28 Noyabr 2022 00:20 Azarkeş 937
Dünya çempionatında son 28 ilin azarkeş rekordu qırıldı

Qətərdə keçirilən dünya çempionatında son 28 ilin azarkeş rekordu qırılıb.

Sportinfo.az xəbər verir ki, ötən gecə keçirilmiş Argentina – Meksika matçını 88966 futbolsevər izləyib.

Bu, son 28 ilin rekordu kimi tarixə düşüb.

Belə ki, bundan öncə ən çox tərəfdar toplamış matç 1994-cü ildə keçirilmiş dünya çempionatının finalı olub.

Həmin vaxt Braziliya və İtaliya yığmaları arasında baş tutmuş həlledici oyunu 94194 azarkeş izləyib.

Argentina yığması həmin oyunda Meksikanı 2:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"