Bu qədər adam içəri biletsiz keçib? – QARANLIQ MƏQAM

22 Noyabr 2022 10:00 Azarkeş 1 108
Bu qədər adam içəri biletsiz keçib? – QARANLIQ MƏQAM

Qətərdə keçirilən DÇ-2022-nin açılış matçını - Qətər - Ekvador oyununu stadiondan 67 372 tamaşaçı izləyib.

Sportinfo.az xəbər verir ki, bu, rəsmi protokollarda qeydə alınan və stadionda diktor tərəfindən açıqlanan azarkeşlərin sayıdır.

Maraqlıdır ki, dünya çempionatının açılış matçının keçirildiyi "Əl-Beyt" arenasının tamaşaçı tutumu 60 min nəfərlikdir. Daha 7,4 min nəfərin necə yerləşdirildiyi isə məlum deyil.

Noyabrın 20-də dünya çempionatının açılış matçı keçirilib. Ev sahibi Qətər Ekvadora 0:2 hesabı ilə uduzub. Mundial dekabrın 18-dək keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"