"Birinci oyundakı hakimlik "Qarabağ"a şərəf gətirmədi, bu dəfə..."

13 Noyabr 2022 17:00 Azarkeş 783
"Birinci oyundakı hakimlik "Qarabağ"a şərəf gətirmədi, bu dəfə..."

Mövsümün böyük səbrsizliklə gözlənilən matçlarından biri 14-cü tura təsadüf edir.

Belə ki, əla mövsüm keçirən "Sabah" doğma meydanda son illərin hegemonluğunu adına bağlayan "Qarabağ"la üz-üzə gələcək.

Matç ətrafında geniş müzakirələr həftələr əvvəldən start götürüb. Futbol mütəxəssisləri açıqlamalar verir, ehtimalları şərh edirlər.

Təbii ki, futbolun bəzəyi olan fanatlar da proseslərdən kənarda qalmamağa çalışırlar. Bunu tərəflərin klubların sosial şəbəkələrdəki rəsmi hesablarındakı şərhlərindən asanlıqla görmək mümkündür.

Hiss olunur ki, tərəflər meydanda kifayət qədər gərgin və güzəştsiz mübarizəyə şahid olacaqlarına inanırlar. Ən çox narahatlıq isə ilk matçdakı kimi hakim səhvinin yenidən təkrarlanmaq ehtimalı ilə bağlıdır.

Bunu özündə əks etdirən çox sayda şərhlərdən seçilmiş bəzi fikirləri sizə təqdim edirik:

"Avropa səviyyəli bir oyun izləyə bilərik, inşallah. Uğurlar olsun qururumuz olan "Qarabağ"a".

"Qarabağ"ın Azərbaycanda tək rəqibi. Hər iksinə də uğurlar".

"Çox istəyərəm "Qarabağ" məğlubiyyətsiz çempionatı bitirsin. Amma 13-ü bu, baş verməyəcək. Çox heyif, "Sabah"ın qalib gələcəyin düşünürəm".

"Hər iki komandaya uğurlar. Rəqabət nə qədər güclü olsa futbol da inkişaf edər. Qarabağ" avrokuboklarda hakim haqqsızlığına məruz qalıb, təmiz qələbələri əlindən alınıb. Ölkə çempionatında hakimlərin köməyinə ehtiyacı yoxdur. Birinci oyundakı hakimlik "Qarabağ"a şərəf gətirmədi, fikir ayrılığına səbəb oldu. Bu dəfəki oyunda hakimlər diqqətli olmaldır. Qoy güclü olan qalib gəlsin. Hər iki komanda bizimdir".

"Qarabağ" azarkeşi olaraq "Sabah"a böyük simpatiyam var. Güclü olan qazansın, inşallah".

"Bir "Qarabağ" azarkeşi olaraq deyirəm ki, bu oyun maraqlı olacaq. Çünki "Sabah" yaxşı formadadır".

"Ay millət, yaxşı oyuna azarkeşlik edək. Ayrıseçkilik etmiyək".

"Maşallah "Sabah" yaxşı oynayır. Gözəl oyun olacaq".

"İlk oyundakı hakim səhvinin olmayacağına ümid edirik".

"Hər ikisinə uğur arzu edirəm. Güclü olan qalib gəlsin".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti