Bölgədə yerli komandaya sevgi budur? - FOTOLAR

11 Noyabr 2022 15:00 Azarkeş 609
Bölgədə yerli komandaya sevgi budur? - FOTOLAR

Premyer Liqanın 14-cü turu çərçivəsində “Şamaxı” doğma meydanda “Sumqayıt”ı qəbul edir.

Hazırda davam edən qarşılaşmaya azarkeş marağı gözləniləndən qat-qat azdır.

Bir həftə əvvəl səfərdə “Turan Tovuz”u məğlub edən (3:1) “şirlər”i ddəstəkləmək üçün Şamaxının mərkəzindəki stadiona gələnlərin sayı ən yaxşı halda 300 nəfərə yaxındır.

İllərdir bölgələrdə futbolun olmasına dair palaz-palaz yazılar yazdığımız, müzakirələr apardığımız halda, Şamaxıda yaşayan futbolsevərlərin yerli komandaya bu cür münasibət bəsləməsi gözlənilməz və qəbulolunmazdır.

“Qarabağ” və “Neftçi”ylə oyunlar zamanı stadionda boş yer tapılmırdısa, demək ki, arenanı dolduranların əksəriyyəti “Şamaxı”nı yox, rəqibi iş başında görmək üçün gəlib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti