"Qarabağ"lının atmacasına "Kəpəz"dən gələn ümid və etiraf

11 Noyabr 2022 23:00 Azarkeş 476
"Qarabağ"lının atmacasına "Kəpəz"dən gələn ümid və etiraf

"Qarabağ" Tovuz səfərində növbəti 3 xalı aktivinə yazdı.

"Turan Tovuz" üzərindəki qələbə (2:0) mövsümdə ardıcıl 13-cü qələbə oldu.

Bu, Azərbaycan çempionatları tarixində ilk belə startdır. Elə Peşəkar Futbol Liqasının (PFL) rəsmi "Feysbuk" hesabında da bu məqama xüsusi diqqət çəkilib.

Admin tərəfindən turnir cəvəlinin paylaşıldığı posta "Qarabağ" FK mövsümdə: 13 oyun, 13 qələbə" başlığını seçib.

Çoxsaylı maraqlı şərhlər arasında diqqət çəkəni "Qarabağ" və "Kəpəz" azarkeşləri arasındakı qısa dialoq olub.

Ağdamlıların kifayət qədər tanınmış azarkeşi olan Zaur Məmmədovun "Qarabağ"ın məğlubiyyətin sıxmamısan? "Kəpəz"in rekordun yeniləyəcək bu il?" rəyinə çox keçmədən məşhur "Kəpəz"li Müşviq Məmmədovdan cavab gəlib:

"Hələ azı 7 oyununuz var". Məmmədov bununla hələ də "Qarabağ"ın qələbə seriyasının qarşıdakı turlar qırılıacağına ümid etdiyini bildirmiş olub.

"Milli Dəstə" azarkeş qrupundan tanıdığımız digər gəncəli Şamil Mustafayev isə səmimi etirafla yadda qalıb: "mən şəxsən hər il sıxıram".

Maraq üçün bildirək ki, Azərbaycan çempionatları tarixində ən uzun müddətli qələbə seriyası 20 oyun olmaqla "Kəpəz"ə məxsusdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti