İstefa anonsuna bölgə klubundan REAKSİYA

11 Noyabr 2022 11:40 Azarkeş 1 075
İstefa anonsuna bölgə klubundan REAKSİYA

"Turan Tovuz" fanatlarının baş məşqçi Ayxan Abbasovla görüşü baş tutub.

Dünən klubun bazasına gələn fəal fanatlardan bir neçəsi çalışdırıcının son açıqlaması ilə bağlı narahatlıqların dilə gətiriblər.

Geniş fikir mübadiləsi aparılıb və azarkeşlər baş məşqçinin yanında olduqlarını deyiblər. 3-5 nəfərin son oyundakı hərkətlərinin bütün Tovuz azarkeşlərinin fikri olmadığı bildirilib.

Ardınca məşqdə də iştirak edən fanatlar "Qarabağ"la ağır oyun öncəsi futbolçulara öz dəstəklərin nümayiş etdiriblər.

Bildirək ki, son turda "Şamaxı"ya məğlubiyyətdən sonra tribunalardakı azarkeşlərdən bir neçəsi futbolçuları sərt təhqir etmişdilər.

Başverənlərə təcrübəli mütəxəssis mətbuat konfransındakı açıqlaması ilə təpki göstərərək futbolçularına sahib çıxmışdı:

"Bura gələndə ilk sözüm o olmuşdu ki, səbrli olmalıyıq. Bu gün azarkeş iki cürdür. Bir var klubun azarkeşi, bir də var tamaşaçı. Ayda bir dəfə stadiona gəlir və öz iddiasını qoyur. Bu da normaldır. Onları da başa düşürəm. Amma 13-cü turdur və mən çətinlikdən danışmamışam, danışmayacam da. Çətinlikləri bilib bura gəlmişik, kömək etmək istəyirik. Səbriz olsalar, gələcəkdə mən də öz qərarımı verə bilərəm. Bu gün mənim əlimdə böyük heyət, böyük büdcə yoxdur ki, hər komandaya qalib gəlim. Bunun qarşısı alınmasa, yəqin ki, burada çox qalmayacağam".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti