Azərbaycan Premyer Liqasının 13-cü turunun “Qəbələ” – “Zirə” oyunu (1:0) meydan sahiblərinin azarkeşləri olmadan keçirildi.
Buna səbəb 12 turun “Sabah” –“Qəbələ” matçında (2:1) qonaq azarkeşlərin törətdikləri ictimai təhlükəli əməllərdir (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı).
AFFA İntizam Komitəsi bu səbəbdən “Qəbələ”lilərin stadiona girişinə 1 oyunluq məhdudiyyət qoyub.
Maraqlıdır, “qırmızı qaralar”ın fanatları belə sərt qərarı nə dərəcədə haqqlı sayır? Sorğumuza cavab olaraq “Red Black Army” azarkeş qrupunun rəhbəri Cavad Şərifli bunları deyib:
“Belə qərar gözləmirdik. Çox ağır cəzadır.Bizim olduğumuz yerə yaxın əyləşən “Sabah” azarkeşləri bizə pis əl jesti etdilər, əsəbiləşdik.
Yaşanmış qarşıdurmada bir neçə skamiya qırılıb. Amma çox şişirdilmiş rəqəm yazıblar. 73 skamiyanın qırılmasından söhbət gedir.
Ev oyunumuza azarkeş qadağasının qoyülması çox absurddur. Bizə qarşı qərəzli qərardır”.
Cavad bəy hazırda uğursuz dönəm yaşayan komandaları üçün belə qərarın böyük zərbə olduğunu dilə gətirib:
“Qəbul edilən qərarları çətin dəyişirlər. Ona görə də şikayət olunmasın mənasız görürəm.
Klubumuzun maliyyə durumu ürəkaçan deyil. Hərtərəfəli üzgünük ki, bizə görə kluba cəza gəldi. Düşünürük ki, hazırkı dönəmdə bu cəza klubumuza böyük zərbədir”.
XANOĞLAN / SPORTİNFO.AZ

