Bu hadisə Kadi ilə Zubirin yox, Şahruddinin başına gəldi - VİDEO

31 Oktyabr 2022 17:00 Azarkeş 1 286
Bu hadisə Kadi ilə Zubirin yox, Şahruddinin başına gəldi - VİDEO

"Qarabağ" Premyer Liqanın 12-ci turunda "Şamaxı"nın qonağı oldu.

Komandanın Şamaxı səfəri yerli azarkeşlərin sevincinə səbəb olacağı öncədən də sirr deyildi.

Meydan sahiblərinin 0:4 məğlub olduğu oyunda tribunaların tam dolması da bunun əyani sübutudur.

Bu mənzərə gözlənilən idisə, sonda yaşananlar surpriz oldu. Belə ki, ehtimal etmək olardı ki, yerli fanatlar oyundan sonra Kadir Borges, Abdullah Zubir kimi simalarla xatirə fotosu çəkdirməyə, imza almağa maraq göstərəcəklər.

Amma final fitindən sonra tam fərqli mənzərəyə şahid olduq. Nə Kadi, nə də Zubir heç yada düşmədi.

Çox sayda azyaşlı uşaq (əksəriyyəti "Şamaxı"nı aşağı yaş qrupunun üzvlərinidi) isə Şahruddin Məhəmmədəliyevin başına cəm oldu. Kimisi foto çəkdirir, kimisi də imza alırdı.

Görüşü ehtiyatda keçirən qolkiper ən azı 5-6 dəqiqə onu sevənlərin əhatəsindən çıxa bilmədi. Sonda isə gülərək "buraxın gedim" deyərək aradan çıxa bildi.

Maraqlı anlara səhnə olan həmin görüntüləri sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LƏNKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti