"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyunun keçirəcək
Təmsilçimiz 5-ci turun matçında "Nant"ın qonağı olacaq.
Bakıda Fransa klubunu darmadağın edən (3:0) "köhlən atlar"a bu görüşdə bərabərlik də sərfəli nəticə sayılacaq.
Belə ki, aktivində 7 xalı olan ağdamlılar qrupda ikinci yerdə qərarlaşıb. Üçüncü pillədə yer alan "Nant"ın isə 3 xalı var. Məğlubiyyət mübarizəyə yeni gərginlik gətirəcəksə, 1 xal Qurban Qurbanovun yetirmələrinin növbəti mərhələyə yüksəlməsini rəsmiləşdirmiş olacaq.
Amma azarkeşlərin komandaya inamı o qədər böyükdür ki, nəinki lazım olan bərabərlik, hətta çətin səfərdən "Qarabağ"ın qələbə ilə qayıdacağını da iddia edirlər.
Bunu klubun rəsmi feysbuk hesabındakı postlara yazılan şərhlərdən aydın görmək mümükündür:
"Bu gün 50 milyondan çox azərbaycanlı ürəyi sizinlə olacaq. Uğurlar, uşaqlar! Uğurlar, Azərbaycan".
"Qarabağ" start həyəcanın boğa bilsə, sonra daha rahat oynayacaq. Uğurlar, "Qarabağ"ımız".
"Uğurlar, "Qarabağ". Qələbə gözləyirik".
"Aslan parçaları, qələbə bizimdir".
"Nə qədər çox top vursanız, yığmamızın 10:0 məğlubiyyətinin heyfin çıxmış olarsınız".
"Nant"ın baş məşqçisi 95-ci dəqiqədən sonra "Qarabağ"ın qələbəsi münasibəti ilə Qurban Qurbanovun əlini sıxıb, lal-dinməz onun üzünə həsrətlə baxacaq, inşallah!".
"Bütün azarkeşlər sizin qələbənizi arzulayır. Sizə inanırıq".
"Qarabağ" səfərdə daha yaxşı, daha məsuliyyətli oynayır. Birinci hissənin yarım saatın davam gətirsələr, qələbə ehtimalı da çox olacaq. Bakıdakı oyunda "Nant" ikinci hissədə çox yorğun görünürdü".
"İnşallah, "Qarabağ"ın məğlubiyyətsiz seriyası davam edəcək".
"Qarabağ" səfərdə daha yaxşı oynayır".
"Onların gözü qorxub "Qarabağ"dan. Həyəcanlı olduqları üçün "Qarabağ" rahat oynaya bilər".
XANOĞLAN / SPORTİNFO.AZ

