"Kəpəz" satışa çıxardı

26 Oktyabr 2022 02:00 Azarkeş 845
"Kəpəz" satışa çıxardı

Oktyabrın 29-da Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Səbail” oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti 3 və 10 manatdır.

3 manatlıq biletlər stadionunun birinci yarısının üstüaçıq tribunaları, çox məhdud sayda olan 10 manatlıq biletlər isə VİP tribuna üçün nəzərdə tutulub.

3 manatlıq biletlər rənglərinə uyğun olaraq iki yerə bölünür: sarı zolaqlı biletlər B (stadiona daxil olarkən sol tərəfdəki tribunalar), göy zolaqlı biletlər isə A sektoru (sağ tərəfdəki tribunalar) üçün keçərlidir.

Bilet satışı oyun günü Gəncə şəhər stadionunun kassasında da olacaq.

​"Kəpəz" - "Səbail" oyunu saat 15:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"