"Sabah"a məğlubiyyətdən sonra "Neftçi" futbolçularından fanatlara BÖYÜK HÖRMƏTSİZLİK

23 Oktyabr 2022 23:00 Azarkeş 1 337
"Sabah"a məğlubiyyətdən sonra "Neftçi" futbolçularından fanatlara BÖYÜK HÖRMƏTSİZLİK

“Neftçi”nin hücumçusu Qodsvey Donyo və Mamadu Mboc azarkeşlərin qəzəbinə tuş gəlib.

Buna səbəb əcnəbi futbolçuların Premyer Liqanın 11-ci turunun “Sabah”la baş tutan matçından (2:3) sonra fanatlara qarşı etdiklər yanlış hərəkət səbəb olub.

Belə ki, Donyo tərəfdarlara tərəf tüpürübsə, Mboc azarkeşi vurmağa cəhd edib.

Yalnız digər klub əməkdaşlarının və futbolçuların müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

Amma futbolçuların hörmətsizizliyinə hiddətlənən tərəfdarların qəzəbi soyumayıb.

Onlar hər iki oyunçunun da komandadan qovulmasını tələb ediblər. Növbəti oyunlarda adıçəkilən futbolçuların azarkeşlər tərəfindən ciddi təzyiqlə üzləşəcəyi rəsmilərin diqqətinə çatdırılıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti