Avropa Liqasının qrup mərhələsində 4-cü turunda “Qarabağ” Bakıda “Olimpiakos”u qəbul edib və qarşılaşma qolsuz başa çatıb - 0:0.
Sportinfo.az xəbər verir ki, gərgin keçən qarşılaşmada 1 xala ən çox sevinən tərəf qonaqlar olub.
112 milyon avro dəyəri olan “Olimpiakos”un futbolçuları isə matçın sonlarına yaxın özlərini yerə ataraq, vaxt aparmaqla bunu sübut ediblər.
Təxminən 14 milyon avroluq dəyəri olan və hər iki oyunda yunanlardan üstün olan “Qarabağ” isə ümumilikdə rəqibindən 4 xal qopararaq pulun heç də hər şey olmadığını təsdiqlədi.
“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın qarşılaşmadan lentə aldığı rəngarəng fotoları təqdim edirik:






















