"Qarabağ"a aid MÖHTƏŞƏM VİDEO - Tribuna havasını paytaxt küçələrinə daşıdılar

14 Oktyabr 2022 22:20 Azarkeş 1 258
"Qarabağ"a aid MÖHTƏŞƏM VİDEO - Tribuna havasını paytaxt küçələrinə daşıdılar

"Qarabağ" Avropa Liqasının 4-cü turunu bərabərliklə başa vurdu.

Komanda səfərdə darmadağın etdiyi (3:0) "Olimpiakos"un müqavimətini doğma divarlar arasında qıra bilmədi.

Amma 90 dəqiqə ərzində yerli publikanın qələbə üçün lazım olan qədər fantatsik dəstək verdiyini deyə bilərik.

Matçın keçirildiyi Tofiq Bəhramov adına Respubika stadionun tam olaraq dolduran azarkeşlər sona kimi komandanın yanında olmağı bacardı.

Təbii ki, hər zaman olduğu kimi, bu dəfə də xüsusi fəallıqla diqqət çəkən "İmarət" azarkeş qrupu oldu. Fanatların tribunadakı möhtəşəm performansının hələ matç başlamadın işartıları görünməkdəydi.

Belə ki, ağdamlıların ən böyük azarkeş qrupu arenaya matçın startından uzun müddət əvvəl şəhər yürüşü ilə gəlməyi qərara almışdı.

Fanatlar bu yolla olduqları sektordakı ab-havanı paytaxt küçələrində də hiss etdirməyi bacardılar.

Onlar stadiona qədər olan uzun yolu nizamlı şəkildə piyada və sloqonlar deyərək gəliblər.

Möhtəşəm görüntülərə səhnə olan həmin anları izləməyə dəyər:

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti