“Neftçi” Premyer Liqanın 9-cu turunu xal itkisi ilə başa vurdu.
Doğma meydanda “Turan Tovuz”u qəbul edən “ağ-qaralar” 90 dəqiqə ərzində rəqib qapısına bir qol belə, vura bilməyincə, matç qolsuz bərabərliklə başa çatdı.
Halbuki yerli tərəfdarlar ötən tur derbidə “Qarabağ”a məğlub olan komandadan heç olmasa autsayderlə qarşılaşmada inamlı qələbə gözləyirdi.
İnamlı qələbə, itirilən xal itkisi bir kənara, komanda oyun olaraq da fanatlarına üzüntü bəxş etdi.
Oyun boyu rəqib qapısında bir real qol epziodu yarada bilməyən Regekampfın yetirmələri çox məzmunsuz oyunla yadda qaldı.
Düzgün müdafiə olunan, yaxşı əks-hücumlara açılan rəqibə qarşı əcnəbi mütəxəssis yeni heç nə təklif edə bilmədi.
Fanatları da daha çox üzən nəticə yox, məhz ortada heç bir oyun dəsti-xəttinin olmaması idi.
Qarşılaşmadan sonra onların narazılıq dolu şərhləri klubun rəsmi “feysbuk” hesabındakı postlarda nə qədər desən vardı. Yüzlərlə bu məzmunda olan rəylərdən xüsusi seçilən bir neçəsin sizə təqdim edirik:
"Neftçi"nin bütün rəhbərliyin rədd eləmək lazımdır. Bir də bu lazımsız oyunçuları. Ayıbdır vallah".
"98 dəqiqə qapıya bir dəqiq zərbə. Bunlar çətin 2-3 ilə özlərinə gələ”.
“İnkişaf yolu doğruluq və dürüstlükdən keçir”.
“Bu mövsüm də belə getdi. Günahkar kimlərdi? Klub rəhbərliyi, SOCAR, Müşahidə Şurası, baş məşqçi və futbolçular”.
“Kimə xal lazım olsa, utanmasın verəcəyik”,
“Keyfiyyətsiz oyunçularımız var. Zaur Əzizov özünü “Qəbələ”də hesab edir. Bu oyunçularla çempionluq mümkün deyil”.
“Qarabağ”a baxın, gözünüzə işıq verin. Boyunuzu yerə soxum”.
“Çempionluq nədir? Hələ ikinci yeri tutsa sevinək. Hücum sıfır, oyun sıfır. “Turan” qalib gələ bilmirsənsə biabır olasız size. Sözün bitdiyi an. Rəzil olasız sizi”.
XANOĞLAN / SPORTİNFO.AZ

