“Şamaxı” Premyer Liqanın 9-cu turunda "Zirə"nin qonağı olacaq.
Komanda çətin görünən səfərdə dəstəksiz qalmayacaq.
Belə ki, komandanın yeganə azarkeş qrupu olan “Sektor56” paytaxt təmsilçisi ilə dueldə qonaq tribunasında öz yerini alacaq.
Buna səbəb azarkeş qrupu ilə rəhbərlik arasında son zamanlar yaranmış narazılıqların aradan qaldırılmasıdır. Rəsmilər fanatlara zamanla hər şeyin yoluna qoyulacağı ilə bağlı vəd verib.
Bu barədə fan-klubdan saytımıza məlumat verilib.
Halbuki bölgə klubu sonuncu səfər matçında dəstəksiz qalmışdı. Qəbələdə “Kəpəz”in qonağı olan komandanı dətəkləmək üçün fanat qrupu qonşu rayona getməmişdi
“Zirə” – “Şamaxı” oyunu 7 oktyabr, saat 17:30-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
XANOĞLAN / SPORTİNFO.AZ

