"Kor-kor, gör-gör! 20 min manata yaxın cərimə boş yerə deyil”

3 Oktyabr 2022 17:00 Azarkeş 604
"Kor-kor, gör-gör! 20 min manata yaxın cərimə boş yerə deyil”

“Kəpəz” Premyer Liqanın 8-ci turunda Sumqayıt səfərindən bir xalla qayıtmağı bacardı.

Komanda “Sumqayıt”la matçda qolsuz heç-heçə ilə buna nail oldu.

Gəncəli fanatların liüerlərindən olan Müşfiq Məmmədov qarşılaşmadan sonra nəticəyə yox, hakimlərin idarəçiliyinə kəskin reaksiya verib.

O, öz sosial şəbəkə hesabından paylaşdığı postda Qərb təmsilçisinə qarşı son oyunlarda olduğu kimi, “Kimyaçılar”la matçda da hakimlərin qərəzli olmasından şikayətlənib:

“Yaşar Vahabzadə gedəndən sonra "Kəpəz" 4 oyuna:

15 sarı vərəqə ( 1200 ₼)

1 qırmızı vərəqə ( 1600₼) alıb.

Guya hakimin təhqir olunmasına görə «hamamı yandır məsələsi» ( 4000₼) cərimələnib.

Amma bu gün "Sumqayıt"ın oyunçusu Perreira yumruq atdığına görə bir dənə sarı aldı. Riad Rəfiyevin "blatı" idi, ya başqa şey idi bilmədik.

Birinci hissədə cərimə zərbəsini "avantaja" buraxıb, ikinci hissədə eyni vəziyyətdə "Kəpəz"ə sarı verdiyini də gördük.

Bir dəfə demişdim, yenə də qayıdıram "əri döymüş arvadı it də qapdı" misalına.

Demirəm "Kəpəz" super futbol oynayır , nə bilim, hakimlər uduzdurur və s. Amma kor-kor, gör –gör - 7 tura 20 min manata yaxın cərimə boş yerə deyil”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"