Belə də derbi olar?

2 Oktyabr 2022 17:00 Azarkeş 1 641
Belə də derbi olar?

Azərbaycan Premyer Liqasında 8-ci tur həm də tarixi derbi ilə yadda qaldı.

Belə ki, Azərbaycan çempionatları tarixində bütün yarışların iştirakçısı olmuş iki komanda – “Qarabağ” və “Neftçi” üz-üzə gəldi.

Qarşılaşma qonaqların üstünlüyü ilə başladı və ilk hissə də onların 1:0 qələbəsi ilə başa çatdı.

Amma fasilədən sonra tempi qaldıran “Qarabağ” qısa müddətdə - cəmi 17 dəqiqədə matçın taleyini həll etdi – 3:1. İlk baxışdan hesab gərgin derbidən xəbər verir.

Amma əsl həqiqət təəssüf ki, tam başqa oldu.

Belə ki, sayca 88-ci duelin başlanma saatı səssiz gəldiyi kimi, səssiz də getdi.

Belə ki, matça kimi nə azarkeşlərin ciddi söz atışmasına rastlaşdıq, nə də futbolçu və məşqçilərin oyuna gərginlik qata biləcək açıqlamalarına.

Sanki tərəflər derbiyə yox, sıradan bir matça hazırlaşırmış kimi təsiri bağışladı. Tutaq ki, “Qarabağ”lıların başı Avropa arenasına qarşıb (bu da bəhanədir). Bəs “Neftçi”yə nə söz?

Axı Regekampfın komandası üçün çempionluq yolunda ən həlledici matçlar bu komandaya qarşı olur. Və belə oyunda əlavə motivasiya meydandakı nəticəyə mütləq formada təsir edir/etməlidir.

Təəssüf ki, bunu oyuna qədərki günlərdə zərrə qədər olsun hiss edə bilmədik.

Susqunluğun heç olmasa oyunun gedişində pozulacağı ümid ili yollandıq “Azərsun Arena”ya.

Lakin meyandan kənardakı süstlük arenada da davam etdi.

Düzdü, tribunlara yetəri qədər azarkeş gəlmişdi. Çox az sayda boş yer görmək olardı.

Meydandakı mübarizə də pis getmədi. Bol qollu matç, çox sayda qol epizodları, bəzən də futbolçular arasında kiçik insidentlər müəyyən rəngarənglik yaradırdı.

Amma tribunalardakı davamlı söz atışmasına, azarkeş qruplarının xüsusi pankartlarına rast gəlinmədi. Halbuki əvvəlki derbilərdə bu baxımdan kifayət qədər gərginlik yaşanırdı.

Belə məqamda haqqlı olaraq adamın ağlından keçən bir sual vardı – Belə də derbi olar?

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti