"Qarabağ"ın səfər oyunları problemlidir" – Yenə təxribat gözlənilir?

8 Sentyabr 2022 21:20 Azarkeş 727
"Qarabağ"ın səfər oyunları problemlidir" – Yenə təxribat gözlənilir?

"Frayburq" - "Qarabağ" oyununa Avropada maraq böyükdür.

Gəlmək istəyənlər çoxdur. Bilirsiz ki, Almaniyada yaşayan azərbaycanlıllar digər ölkələrə nisbətdə çoxluq təşkil edir.

Bundan başqa oyunun keçirildiyi Frayburq şəhəri Fransa və İsveçrə sərhəddinə çox yaxındır deyə həmin ölkələrdən də gələnlər çox olacaq.

Mənə şəxsidə çox sayda yazan var ki, necə bilet almaq olar? Ab-havadan hiss olunur ki, "Qarabağ" Almaniyaya gələcək. Olduğum məhəllədən 5 nəfər gedəcəyik".

Bunu Sportinfo.az-a açıqlamasında Almaniyada yaşayan həmyerlimiz Emil Cəfərov "Frayburq" - "Qarabağ" oyunu öncəsi yaşanan ab-havadan danışarkən dilə gətirib.

"Qarabağ"ın oyununun onlarda böyük sevinc yaratdığını və matçı səbirsizliklə gözlədiklərini bildirən Emil bəy üzüldükləri məsəllərin də olduğunu diqqətə çatdırıb.

Belə ki, ölkə xaricində yaşayan həmyerlilərimiz hər dəfə "Qarabağ"ın oyununa getməklə bağlı problemlərlə üzləşdiklərini deyib. Səbəbləri Emil bəyin dilindən eşidək:

"İlk öncə biletlə bağlı problem yaşadığımızı deyə bilərəm. Oyun günü bilet satılacaq. Mən 580 km yol gedəcəm. Ora çatanda bilet bitsə necə olacaq?

Mən buna görə bir gün əvvəldən Frayburqa getməyi planlaşdırıram. Tutaq ki, bizə bir sektor yer ayrılıb və iki sektor azarkeş gəldi.

Onda necə olacaq? Bu doğru deyil. Bilet internet üzərindən satılsın, mən də əvvəlcədən gedib alım və bilim ki, oyuna dəqiq gedə bilərəm.

Əgər PSJ - "Liverpul" oyununa rahat bilet ala bilirəmsə, "Qarabağ"ın oyununa niyə ala bilməyim?

"Qarabağ"ın səfər oyunları problemlidir. Qürbətdə yaşayan azərbaycanlılar narazıdır. Məsələn, "Neftçi"nin "Rapid"lə son səfər görüşünə getmək çox rahat idi.

Biletlər onlayn satılmışdı. Düzdü, oyuna gedə bilmədim, amma biletim günlər öncədən hazır idi. Hətta pulsuz verilirdi.

"Qarabağ"da belə şey yoxdur. Mənim bir gün qazancım 150 avrodur. İki günümü bu oyuna həsr edəcəm.

Deməli, 300 avromdan dəqiq məhrum olacam. Yol pulu və başqa xərcləri bura əlavə etsək məbləğ kifayət qədər yüksək olacaq.

Həm maddi, həm də fiziki olaraq əziyyət çəkmiş oluruq. 29 avroluq bilet bizə jest olunsa nə olar ki?

Yenə deyirəm ki, bu qədər xərc çəkirik oyunlara gəlməyə. 29 avro elə də bpyük pul deyil. sadəcə könlümüzü xoş etmək üçün əla jest olardı.

Bavariyadan gələcək azarkeşlərə avtobus ayrılıb, amma daha çox azərbaycanlı yaşayan Köln ətrafından yox.

Mən burada jurnalist kimi fəaliyyət göstərirəm. Oyuna akkreditasiya almaq üçün kluba müraciət etmişdim.

Ona da mənfi cavab verildi. Səbəb kimi isə Azərbaycandakı oyunlara gəlməli olduğum bildirildi.

Ona qalsa heç "Kanal 13" əməkdaşları da Bakıdakı oyunlara getməyiblər. Amma həmin kanal rəhbərinin müraciətinə müsbət cavab gəlib".

Sirr deyil ki, "Qarabağ"ın avrokuboklardakı səfər görüşlərində zaman-zaman erməni təxribatı yaşanır. Cəfərov Fryaburqda bu ehtimalı yaxın buraxmasa da, hazırlıqsız olmadıqlarında qeyd edib:

"Bizdə əvvəl Şamil Mustafayev ("Milli dəstə"nin rəhbəri - müəllif) olanda daha rahat idi. Biletlər onda olurdu. Baraban gətirirdi.

Daha yaxşı təşkilatlana bilirdik. Amma "Qarabağ" rəhbərliyi ilə arasında narazılıq olan Şamil oyunalara gəlməkdən imtina etdi.

Onsuz çətin olsa da uşaqlar çalışacaq maksimum kompakt və yaxşı dətək verə bilək.

Təxribat olmaq ehtimalı ilə bağlı aramızda müzakirələr olub. Almaniyada bu ehtimal azdı, amma olsa da qarşısı lazımı qaydada alınacaq".

O, sonda matçla bağlı gözləntilərindən də danışıb: "Frayburq" burada o qədər də məşhur deyil. Sadəcə, bu il bir qədər önə çıxıb və çempionatda liderdir. Şəxsən mən komandamızın bərabərlik edəcəyinə inanıram.

Açığı, hamı "Qarabağ"ı görməyə, dəstək olmağa gedir. Nəticə barədə o qədər də düşünən yoxdur".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti