PROBLEM - Xaricdəki həmyerlilərimizin "Qarabağ"dan istəyi nədir?

7 Sentyabr 2022 23:00 Azarkeş 948
PROBLEM - Xaricdəki həmyerlilərimizin "Qarabağ"dan istəyi nədir?

"Qarabağ" sabah Avropa Liqasının qrup mərhələsinə start verəcək.

İlk matç səfərdə "Frayburq"la baş tutacaq. Almaniya təmsilçisi ilə oyuna ölkə xaricində yaşayan azərbaycanlıların da böyük marağı var.

Söhbət təkcə Almaniyada yaşayan yox, həm də digər Avropa ölkələrindən gələcək fanatlardan gedir.

Amma heç də "Qarabağ"ın oyununa gəlmək istəyən hər kəs sabah Frayburqa yola düşməyəcək.

Bunun əsas səbəbi isə qonaqlar üçün ayrılmış biletlərin onlayın qaydada satışının həyata keçirilməməsidir.

Matça baxmaq üçün bileti yalnız oyun günü, saat 19:00-dan sonra stadion ərazisində nağd alışla əldə etmək mümkündür.

Belədə bir çox həmyerlimiz oyuna ciddi maraq səbəbindən biletlərin erkən bitmək ehtimalını düşünərək, Frayburqa getməməyə qərar veriblər. Gedənlər isə narahatlıq və ümidsizliklər yola çıxacaqlar. Ki, birdən onlara bilet çatmaz.

Əməkdaşımızla söhbətdə həmyerlilərimiz bu duruma narazılıqların dilə gətiriblər. Ən azından növbəti qrup matçlarında biletlərin onlay satılmasına ümid etdiklərin bildiriblər.

Ki, belədə günlər öncədən bileti rahat alıb, oyuna gəlmək imkanı olur. Bilet bitəndə də bilinir ki, getmək imkanı daha yoxdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti