Azərbaycan Premyer Liqasında oyununa azarkeş marağı böyük olan klublardan biri də "Sumqayıt"dır.
Hətta dəfələrlə "kimyaçılar"ın oyununa baxmaq üçün əziyyət çəkib arenaya gələnlərin içəri buraxılmadığına şahid olmuşuq.
Bunda Sumqayıt təmsilçisinin oyunları keçirdiyi "Kapital Bank arena"nın tutumunun az olması da böyük rol oynayır. Futbol məkanı cəmi 1500 azarkeşi öz ağuşuna almaq gücünə sahibdir.
Amma tribunaların olmadığı setkalı tərəflərdə dayanan fanatları da nəzərə alsaq "kimyaçılar"ın oyunun izləyənlərin sayının 2500-ə kimi yüksələ bildiyini demək olar.
Lakin "Turan Tovuz"la Premyer Liqanı son tur matçında tərəfdarlar bundan da məhrum edildi.
Belə ki, polislər tribunlar olmayan tərəflərdə azarkeşlərin durmasının qadağan edildiyini bildirdilər. Bu da fanatların haqqlı narazılığına səbəb oldu.
Halbuki cəmi bir tur əvvəl "Qarabağ"la oyunda çox sayda azarkeş haqqında danışdığımız mövqedən oyunu izləmişdilər.
İndi nə dəyişdi? Qadağa klubun təşəbbüsüdürmü?
Sorğumuza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bunları dedi:
"Azarkeşlərə orada dayanmaq qadağasından xəbərsizəm. Niyə icazə verilmədiyini bilmirəm. Klubumuzun belə bir təşəbbüsü olmayıb".
Mövzu ilə bağlı araşdırmamızı davam etdirəcəyik.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin videonu bu linkə daxil olaraq izləyin:

