Deputat iş adamlarından kömək istədi – Premyer Liqaya dönən klub üçün

31 Avqust 2022 23:40 Azarkeş 1 345
Deputat iş adamlarından kömək istədi – Premyer Liqaya dönən klub üçün

Premyer Liqanın 4-cü turunun gərgin matçlarından biri Sumqayıtda baş tutdu.

Burada yerli komanda “Turan Tovuz”la üz-üzə gəlirdi.

Bərabərliklə (0:0) başa çatan görüşü izləyənlər arasında Tovuzdan olan millət vəkili Arzu Nağıyev də vardı.

Deputat hətta oyunun startından əvvəl qonaq komandanı dəstəkləməyə gələn fanatların olduğu tribunaya yaxınlaşdı.

Fanatlarla hal-əhval tutan deputat onların problemləri ilə maraqlandı. Səmimi ortamda davam edən söhbətin sonunda o, "nəsə ehtiyac olsa, yanınızdayam" – deyə, sözlərini əlavə edib.

Arzu Nağıyevin həm də klubun Müşahidə Şurasının üzvü olduğunu bildirək. Onun “Turan”a maddi dəstək vermələri üçün bir sıra tovuzlu iş adamlarına müraciət etməsi haqda redaksiyamıza məlumat daxil olub.

Parlamentarinin bu məqsədlə bəzi dövlət məmurları ilə görüşməsi də gələn xəbərlər arasındadır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti