Bu dəfə Bayılda məğlubiyyət qalmaqala səbəb oldu

27 Avqust 2022 21:20 Azarkeş 843
Bu dəfə Bayılda məğlubiyyət qalmaqala səbəb oldu

"Kəpəz" Premyer Liqanın 4-cü turunu da məğlubiyyətlə başa vurdu.

Paytaxtda "Səbail"in qonağı olan komanda ilk hissəni qələbə ilə (1-0) başa vursa da ikinci yarıda buraxılan 4 qol yekun nəticəni müəyyənləşdirib - 1:4.

Ardıcıl 4-cü məğlubiyyət "Kəpəz" cəbhəsində qalmaqala səbəb olub.

Belə ki, final fitindən sonra qonaq tərəfdarların baş məşqçiyə yönəlik istefa şuarları yenə eşidilməyə başlanıb. Hətta əsəbi fanatlardan bəzisi Yaşar Vahabzadəni təhqir etməkdən də çəkinməyiblər.

Bu isə çalışdırıcını özündən çıxarıb və o, əsəbi halda həmin fanatlara tərəf gedib.

Tərəflərin arasında qalmaqalın daha da böyüməməsinə araya girən klubun digər əməkdaşları icazə verməyib.

Bu hal mövsümün startından sonra artıq ikinci dəfədir yaşanır. "Neftçi"yə məğlubiyyətindən (2-5) sonra da "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə azarkeşlərlə böyük gərginlik yaşamışdı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti