"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Azərbaycan çempionu Bakıda "Viktoriya"nı (Plzen) qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşün baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olub. Oyun qolsuz yekunlaşıb.
Çexiya klubu Bakıya azarkeş gətirib. Odur ki, arenanın tamamı yerli tərəfdarlarla dolub. 32 mindən artıq fanat oyunboyu “köhlən atlar”a dəstək verib.
Həmin görüntülərdən birini təqdim edirik:
SPORTİNFO.AZ

