"Viktoriya"dan "Qarabağ"la oyun üçün yeni qərar - Qarşılaşmaya bilet sayı artırıldı

19 Avqust 2022 19:40 Azarkeş 2 056
"Viktoriya"dan "Qarabağ"la oyun üçün yeni qərar - Qarşılaşmaya bilet sayı artırıldı

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satışa əlavə biletlər çıxarılıb.

Sportinfo.az Plzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ən ucuz biletin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 890 Çexiya kronudur (təxminən 62 manat).

Avqustun 23-də "Dusan Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matçda qolsuz heç-heçə qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM