"Viktoriya" Bakıda tək qaldı - Hamısı “Qarabağ”lılara satılacaq

16 Avqust 2022 16:20 Azarkeş 831
"Viktoriya" Bakıda tək qaldı - Hamısı “Qarabağ”lılara satılacaq

Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Viktoriya" (Çexiya) oyununda çexiyalı azarkeşlər olmayacaq.

Sportinfo.az xəbər verir ki, klub sosial şəbəkə hesabı vasitəsilə azarkeşlərinə müraciət edib.

Müraciətdə bildirilir ki, "Qarabağ" – "Viktoriya" oyununda qonaq komandanın azarkeşləri tribunada yer almayacaq.

Əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri "Qarabağ" azarkeşləri üçün satışa çıxarılacaq. Həmin biletləri iticket.az və kassalardan almaq mümkündür.

Sabah keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti