“Qarabağ”ın "Viktoriya" ilə oyunu ətrafında böyük narazılıq: FOTOLAR

14 Avqust 2022 13:00 Azarkeş 8 276
“Qarabağ”ın "Viktoriya" ilə oyunu ətrafında böyük narazılıq: FOTOLAR

Bu gün səhər 11.00-da “Qarabağ” – “Viktoriya” (Plzen) matçının biletləri satışa çıxarıldı.

Bu barədə elan daha öncədən verilmiş, biletləri “i-Ticket” saytından əldə etməyin mümkünlüyü bildirilmişdi.

Oyuna böyük marağın olduğunu nəzərə alsaq, ən ucuz – 5 manatlıq biletlərin qısa zamanda satılacağı və ya saytın çökəcəyi əvvəldən ehtimal olunurdu ki, belə də oldu.

Satış başlayandan 10-15 dəqiqə sonra azarkeşlər sosial şəbəkə hesablarında üsyan edirdi. Biri pul çıxıldığı halda biletə sahib olmadığı yazır, o biri 5 manatlıq biletlərin tükəndiyini qeyd edir, bir başqası hesabından pul çıxıldığını, sonradan geri qaytarıldığını söyləyərək biletsiz qaldığını bildirirdi.

Ümumi mənzərə ilə tanış olmaq üçün fotolardakı rəyləri oxumaq kifayət edir.

Qeyd edək ki, bu oyun üçün nəzərdə tutulmuş biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Viktoriya” qarşılaşması avqustun 17-də, saat 20.45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti