“Forza Neftçi” “Neftçi”yə “ilişdi”, sonra da... MÜƏMMA

13 Avqust 2022 19:40 Azarkeş 1 627
“Forza Neftçi” “Neftçi”yə “ilişdi”, sonra da... MÜƏMMA

“Neftçi”nin Avstriya səfərində “Rapid”ə məğlub olacağı real görünsə də, futbol ictimaiyyəti Bakıdakı qələbədən sonra “ağ-qaralar”dan artığını gözləyirdi.

Lakin səfərdəki dueldə qol şanslarının əldən verilməsi və ayrı-ayrı futbolçuların imkanlarından aşağı səviyyədə çıxış etməsi Avropa Konfrans Liqasındakı sonuncu iştirakçımızın da mübarizəni vaxtından əvvəl dayandırması ilə nəticələndi.

Vyanada qeydə alınan 0:2 hesablı yenilgidən sonra futbol ictimaiyyətinin yuxuya həsrət qalmışdı. Sosial şəbəkə hesablarında gecənin hədəf obyekti “Neftçi” idi.

Həmin anda paytaxt təmsilçisinin qatı azarkeş qruplarından olan “Forza Neftçi” də özünü göstərdi.

Səhifənin admini biabırçılığa ürək sözləri ilə yox, sadə bir sualla reaksiya verərək “Neftçi”nin əsl yerinin Azərbaycan Premyer Liqası olduğunu göstərdi:

“Kəpəz”lə oyun nə vaxtdır?”

Lakin çox keçmədən həmin paylaşım silindi. Niyə silindi, kim sildirdi, yazıb, sonra silməkdə səbəb nə idi – bunu “forzalılar” daha yaxşı bilər.

Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Rapid”lə “Neftçi” arasında Bakıda baş tutmuş ilk oyun təmsilçimizin qələbəsi ilə başa çatmışdı – 2:1.

Vyanadakı cavab qarşılaşmasında meydan sahibləri 2:0 hesablı qələbə ilə pley-offa vəsiqəni təmin etdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti