Məğlub olan “Turan Tovuz”a azarkeşlər necə sahib çıxdı?

9 Avqust 2022 23:00 Azarkeş 1 311
Məğlub olan “Turan Tovuz”a azarkeşlər necə sahib çıxdı?

9 ildən sonra “Turan Tovuz”un Premyer Liqaya qayıdışı məğlubiyyətlə yadda qaldı.

Komanda dogma azarkeşlər önündə “Qəbələ”yə məğlub oldu – 0:2.

Nəticəyə rəğmən Ayxan Abbasovun yetirmələri göstərdiyi oyunla gələcəyə ümid verməyi bacardı. Onsuz da yeni yığılan komandadan bu gün üçün ciddi nəticə ummaq doğru olmazdı.

Amma ən azından ilk matçda belə ortaya bir sistem, məqsəd qoymaq mütləq idi. Qərb təmsilçisi “Qırmızı qaralar”la matçda bunu bacardı. Erkən qırmızı vərəqəyə və şanssız penala rəğmən Abbasovun yetirmələri 90 dəqiqə oyundan qopmadı. Əksər vaxt belə halda darmadağın da qaçılmaz olur.

Ancaq sevindirici haldır ki, “Turan Tovuz”da sona kimi sistem dağılmadı, futbolçular oyunu hesab bərabərmiş kimi final fitinə kimi daşıya bildilər. Təbii ki, bu da baş məşqçinin futbolçulara aşıladığı oyun intizamının xoş çalarlarıdır.

Bu, uğurlu gələcək üçün bu günə olan önəmli qığılcımlar idi. Əbəs deyil ki, dogma meydanda uduzmağı sevməyən yerli publika belə məğlubiyyətdən sonra komandaya qəzəblənmədi.

Əksinə sadaladığımız qığılcımları gözəl başa düşə fanatların dəstək postları sosial şəbəklərdə diqqətdən qaçmadı.

Futbolu yaxşı oynamağı bacardığı kimi, həm də yaxşı analiz etməyi bacaran tovuzluların rəsmi səhifədəki dəstək şərhlərinin bir qismini sizə təqdim edirik:

“Qırmızı kart planları pozdu. Turan ümidverici oynadı”.

“Eybi yoxdur. Əsas gələcək oyunlara baxmaqdır. Düzü, qalibiyyət alınsa daha gözəl olardı, lakin bəzi yerlərdə təcrübəsizlik öz sözünü dedi. Qırmızı vərəqə olmasa daha yaxşı olardı, fikrimcə. Əminəm ki, Ayxan müəllim tez bir zamanda komandanı toparlayacaq”.

"Komanda əzmkarlıq nümayiş etdirərək son dəqiqələrə qədər xoş təsir bağışlayan oyun nümayiş etdirdi. Nəzərə alaq ki, uzun illər premyer liqadan kənarda qalıb, həm də komandanın heyəti gənc futbolçulardan ibarətdir”.

“Həvəslə baxdım, məncə, hər şey düzələcək”.

“Yeni formalaşan komanda üçün yaxşı oynadıq. Uğurlar, uşaqlar!”.

“Hər şey yaxşı idi. Bir ayın komandası necə olmalı idi?”.

“Uğurlar TURAN!

Uğurlar, Ayxan bəy!

Sizə inanırıq!”.

“Nəzərə alaq ki uşaqlar bir biri ilə maksimum iki-üç oyundu bir yerdədilər. Birdəki ölkəmizi Avropada təmsil edən, Premyer Liqamızın “Qarabağ” və “Neftçi”dən sonra 3-cü ən güclü komandasına qarşı oynayıb qızmızı almaq, penalda qoy yemək elə ayıb bir şey deyil.

Əsas odur ki, komanda ümidvericidir. Yeni komanda üçün bir il, iki il nəticə olmamağı normaldı və ən əsası futbol Tovuz azarkeşlərinə yaraşır.

Həqiqətən möhtəşəm idi bu gün hər şey , biz hər şeyə ürəyimizlə yanaşan bölgəyik”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti