"Qarabağ" rəhbərliyinin qərarından narazı qaldılar - “Oradan yığılan 5-6 minə qalmısız?”

6 Avqust 2022 19:20 Azarkeş 3 305
"Qarabağ" rəhbərliyinin qərarından narazı qaldılar - “Oradan yığılan 5-6 minə qalmısız?”

“Qarabağ” yeni mövsümə bu gün start verir. Komanda Azərbaycan Premyer Liqasının birinci turu çərçivəsində “Səbail”i qəbul edəcək.

“Azərsun arena”da baş tutacaq matçın biletləri bu gün saat 11:00-da satışa çıxarılıb.

Bu barədə elan dünən klubun sosial şəbəkə hesabından paylaşılıb. Amma məlumat izləyicilər tərəfindən xoş qarşılanmayıb.

Çünki ən ucuz biletin qiyməti 5 manat olaraq göstərilib. Fanatlar isə bunun reallıqla uzlaşmadığını əsas gətirərək narazılıq ediblər:

“Biletləri 1-2 manat edin. Onsuz da adam az gələcək. Lap Çempionlar Liqasıdı elə bil”.

“Xahiş edirik klub rəhbərliyi bizi də nəzərə alsın. Maddi durum nəzərə alınmalıdır. Biz də komandamızı dəstəksiz buraxmaq istəmirik”.

“Bayern Munhen”lə oynuyuruq?”.

“Çempionlar Liqasına da minimum 5 manata bilet satırsız Liqaya da? Çempionlar Liqasını lap təhqir elədiz ki…”.

“Qarabağ” inkişaf etdikcə, deyəsən, geri gedir. Ayəbdır, vallah, oradan yığılan 5-6 minə qalmısız?”.

“Bilet bahadır!”.

“Misli görünməmiş Premyer Liqa budur?”.

Biabırçılıqdı vallah. “Elə bil Bundesliqada oynuyuruq. Azərbaycan futbolu elə gundədir ki, daxili çempionatda ümumiyyətlə bilet olmamalıdır. Olsa da malksimum 1-2 manat”.

“Bu qiymətə bilet olar? Onsuz da çempionat oyunlarına gələn olmur”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti