“Qarabağ”ın məşqində maraqlı hadisə: “You are the best!" - FOTO

2 Avqust 2022 23:20 Azarkeş 1 056
“Qarabağ”ın məşqində maraqlı hadisə: “You are the best!" - FOTO

"Qarabağ" Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi son məşqinə çıxıb.

Sportinfo.az xəbər verir ki, "Azersun Arena"da baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Məşqi "köhlən atlar"ın bir qrup azarkeşi də izləyib. Fişəng yandıran fanatlar komandanın lehinə "You are the best!" (Siz ən yaxşısınız!) şüarları səsləndiriblər.

Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”