“Qarabağ”ın oyununda ANŞLAQ OLACAQ? – Klubdan açıqlama

5 İyul 2022 17:00 Azarkeş 1 152
“Qarabağ”ın oyununda ANŞLAQ OLACAQ? – Klubdan açıqlama

“Bu gün axşam stadionda hansı sayda azərbaycanlının olacağını dəqiq deyə bilmərəm. Deyə biləcəyim odur ki, “Qarabağ” dəstəksiz qalmayacaq”.

“Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə Sportinfo.az-a bu gün axşam “Poznan” stadionuna təşrif buyuracaq tərəfdarlarla bağlı açıqlama verib.

Bir neçə gün öncə klubun rəsmi saytında “Lex” – “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün link üzərindən bilet satışı haqda məlumat yerləşdirilmişdi.

Bilet almaq istəyənlərin həmin linkdən keçid edib istəyinə çatmaq imkanı var. Üstəlik, Gündüz bəy saytımıza açıqlamasında Polşada və yaxın ölkələrdə yaşayan futbolsevərlərə yaxından kömək göstərəcəklərini bildirmişdi.

Belədə nə qədər bilet satıldığı və axşamkı görüşdə stadionda nə qədər tərəfdarın olacağı maraq doğurmaya bilməz.

Abbaszadəni dinləyək:

“Saytımızda paylaşılan link vasitəsilə onlayn bilet alanlar olub. Bilet satışına nəzarət “Lex”in ixtiyarında olduğundan, qonaq sektora hansı sayda biletin satıldığını onlar dəqiq bilir. Ona görə də say məsələsi ilə bağlı məlumatımız yoxdur.

Ayrıca bizə müraciət edən azarkeşlərə kömək etməyə çalışmışıq. Kluba müraciət edənlər pərakəndə şəkildədir”.

Klub rəsmisi say məsələsində dəqiq fikir söyləməkdə çətinlik çəksə də, əldə etdiyimiz məlumata görə axşamkı qarşılaşmada Azərbaycan çempionunu 100-150 nəfər dəstəkləyəcək.

Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Lex” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti