Getmək istəyən də var, istəməyən də - AÇIQLAMA

10 İyun 2022 17:00 Azarkeş 1 482
Getmək istəyən də var, istəməyən də - AÇIQLAMA

Təxminən 2 ay əvvəl məlumat vermişdik ki, Azərbaycan milli komandasının yeganə azarkeş qrupu olan "Sektor 11" yığmanın oyunları ilə bağlı boykot qərarınını dayandırıb və qarşıdakı ev matçlarında tribunada olacaqlar.

Hətta saytımıza açıqlama verən azarkeş qrupunun idarə heyətinin üzvü Elnur Tağıyev də bunu təsdiqləmişdir.

"Sektor 11"in boykot qərarından imtina etməsində sonra əsas millimiz ilk dəfə bu gün doğma meydanda oyuna çıxacaq.

"Dalğa arena"da baş tutacaq görüşdə rəqibimiz Slovakiya millisidir.

Millətlər Liqasına pis start verən, ilk iki matçda cəmi 1 xal toplayan De Byazinin yetirmələri axşamkı görüşdə mütləq qalib gəlməlidir.

Görəsən, fanat qrupu oyuna necə hazırlaşır? Ümumiyyətlə, xüsusi hazırlıq görülürmü?

Suallarımıza cavab tapmaq üçün yenidən əlaqə saxladığımız Elnur Tağıyevdən gözlənilməz cavab aldıq.

Belə ki, o, bu dəfə də azarkeş qrupu olaraq tribunada yer almayacaqlarını bildirdi. Səbəbini isə belə izah etdi:

"Bugünkü oyuna xüsusi hazırlığımız olmayıb. Əslində üzvlərimiz arasında müzakirə apardıq.

Oyuna getmək istəyən də var, istəməyən də. Əsasən də, son oyunlar və nəticələr ürək açmadı. Ona görə də yəqin ki, azarkeş qrupu olaraq yox, fərdi şəkildə tribunada olacağıq.

Gələcək üçün indidən nəsə deyə bilmərəm. Amma Slovakiya ilə oyunda vəziyyət dəqiq belə olacaq".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti