Azərbaycan millisini SEVİNDİRƏCƏK XƏBƏR

10 İyun 2022 11:40 Azarkeş 2 256
Azərbaycan millisini SEVİNDİRƏCƏK XƏBƏR

Azərbaycan millisi bu gün Millətlər Liqasında növbəti görüşünə çıxacaq.

İlk iki görüşündə Qazaxıstana uduzan (0-2), Belarusla bərabərə qalan (0-0) yığma ilk dəfə "doğma divar"lar arasında meydana çıxacaq.

Rəqib qrupun aşkar favoriti olan və son turda surpriz şəkildə Qazaxıstana uduzan Slovakiya yığmasıdır.

Adətən səfər görüşlərinə çox sayda tərəfdarla gedən qonaqların tribunası bu dəfə kasadlığı ilə diqqət çəkəcək.

Belə ki, komandasını dəstəkləmək üçün Slovakiyadan Bakıya maksimum 10-a yaxın fanat gəlib.

Ümumiyyətlə, rəqib tərəfdən rəsmi şəxslərlə üst-üstə cəmi 15 nəfərin "Dalğa arena"da olacağı ehtimal olunur.

Azərbaycan - Slovakiya görüşü bu gün, saat 20:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti