Böyük narazılıq fonunda millimizin oyununa maraq necədir? - AÇIQLAMA

9 İyun 2022 20:40 Azarkeş 1 062
Böyük narazılıq fonunda millimizin oyununa maraq necədir? - AÇIQLAMA

Azərbaycan millisi sabah Millətlər Liqasında üçüncü turun görüşünə çıxacaq.

Birinci tur səfərdə Qazaxıstana məğlub olan (0:2), ikinci turda Belarusla neytrala meydanda bərabərə qakan (0:0) yığmamız ilk dəfə evdə meydana çıxacaq.

Rəqib qrupunun aşkar favariti hesab olunan Slovakiya millisidir.

Arxada qalan iki görüşdə həm nəticə, həm də oyun olaraq narazı qalan azarkeşlər, görəsən, ilk ev matçına maraq göstərirmi? Bunun üçün bilet satışı ilə bağlı son durumla maraqlandıq.

Sorğumuza cavab olaraq saytımıza açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla "Dalğa Arena"da keçiriləcək oyuna cəmi 2000 bilet satıldığını bildirib.

Bu isə heç stadionun azarkeş tutumunun yarısı demək deyil. Belə ki, "Dalğa Arena" 6700 azarkeş tutumuna malikdir.

Azərbaycan - Slovakiya qarşılaşması sabah, saat 20:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti