"Neftçi"ni avrokuboklara kimin hazırlayacağı hələ də sual olaraq qalır.
"Ağ qaralar"ın Samir Abasovu saxlayacağı, yoxsa yeni çalışdırıcı ilə yola davam edib-etməyəcəyinə 3 gün sonra Müşahidə Şurasının baş tutacağı iclasda aydınlıq gələcək.
Mövzu ətrafında müzakirələr isə pik həddədir. Yeni çalışdırıcının böyük ölçüdə Viktor Qonçarenko olacağını düşünənlər yetəri qədərdir.
Hətta "Neftçi"nin böyük azarkeş səhifələrindən biri fanatlara üz tutaraq təxminən "belaruslu mütəxəssislə perespektiv görürsünüzmü?" məzmunda sual unvanlayaraq sorğu keçirib.
Maraqlı olacağını nəzərə alıb, çoxsaylı şərhlər arasından diqqət çəkənləri seçib oxucularımıza təqdim edirik:
"İşinə müdaxilə etməsələr, qumara qoymasalar yaxşıdır. Bordini yadınıza salın. Onu burda çox hörmətsiz elədilər. Halbuki yaxşı başlamışdı. İndiki rəhbərlik vəziyyətə nəzarət etməyə qadir deyil. Çünki o da kimlərdənsə asılıdır".
"Gəlsə Allah xeyir versin. Rəhbərlik işinə müdaxilə etməsə, nəsə edə bilər. Hər şeyi zaman göstərəcək. O da əgər gəlsə".
"AFFA rəhbərliyi dəyişməsə, Mourinyo da gəlsə xeyri yoxdur".
"İstəyir lap Pep Qvardiola gəlsin, bu heyətlə heç nə edə bilməz".
"Öz qaydalarını qoya bilsə, uğurlu ola bilər. Yox, heyəti yenə Elxan və kruqu təyin edəcəksə, heç nə əldə edə bilməyəcək".
"Çempion ola bilməyəcək. 2-ci yer üçün Samir də kifayət edir. Amma ortada pul məsələsi var".
"Kamran və kruqu getməsə, lap Mourinyo da gəlsə xeyri yoxdur".
"AFFA və "Neftçi" rəhbərliyi dəyişməsə, lap Qvardiola da gəlsə, xeyri yoxdur".
XANOĞLAN / SPORTİNFO.AZ

