“Neftçi”nin çörəyi burnundan gəlsin! Sən kimsən ki...” - Abasovun başı dərddə!

10 May 2022 14:20 Azarkeş 2 986
“Neftçi”nin çörəyi burnundan gəlsin! Sən kimsən ki...”  - Abasovun başı dərddə!

“Neftçi” “Qəbələ” səfərindən 0:1 hesablı məğlubiyyətlə ayrıldı.

Yenilgi azmış kimi, komandanın baş məşqçisi Samir Abasovun oyundan sonra azarkeşlərin “istefa” ilə bağlı sualı verdiyi cavabı yanan ocağın üstünə tökülən yanacaq effekti verdi.

Abasovun “Neftçi” fanatlarını həyatda mövqeyi olmayan insanlar adlandırması, ötən ilki çempionluq zamanı komanda üzvlərinin yanında olmasını bildirməsi və ən sonda “azarkeşi boş verin, getsin” deməsi azarkeşləri özündən çıxarıb.

Oyun başa çatandan bu yana sosial şəbəkələrdə baş məşqçinin ünvanına təhqir, tənqid və təhdid dolu mesajların ardı-arası kəsilmir.

Təhqirlərlə işimiz yoxdur, tənqid və təhdid xarakterli şərhləri təqdim edirik:

“Sonuncu oyunda stadionda “istefa” qışqırmayan “Neftçi”sevər deyil”.

“Belə sürtülmüşünü hələ görməmişəm”.

“Tribunada olan azarkeşin həyatdakı mövqeyi sənin bəlkə də yaşayışından daha “krutoydur”, ay naşükür. Sən kimsən ki, belə ifadə səsləndirirsən? “Neftçi”nin çörəyi burnundan gəlsin!”

“Çıxıb deyəcək ki, elə söz deməmişəm”.

“Başı gedib, başı getmiş adam da çətin klubda “müəllimlik” etsin”.

“Rəhbərlik bu sözlərdən sonra Samiri yola salmasa, deməli, onlar da azarkeşlərə qarşı düşmənçilik edir”.

“Bunu “Neftçi”dən uzaqlaşdırmaq lazımdır”.

“Sən özün “torbanı tikdin” artıq”.

“Bu sözlərə görə Samir cavab verəcək”.

“Samir, ar olsun! Burnundan gəlsin “Neftçi”nin çörəyi!

“Bir dəfə çempion etdin, onun da üstündən xətt çəkdin bu sözlərinlə”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!