Prezident 1 milyon avroluq mərcə girməyə hazırdır

20 May 2020 16:28 AÇ-2020 954
Prezident 1 milyon avroluq mərcə girməyə hazırdır

UEFA prezidenti Aleksander Çeferin koronavirus pandemiyası səbəbindən təxirə salınan Avropa çempionatının 2021-ci ildə baş tutacağı üçün bəhsə girməyə hazırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə sloveniyalı funksioner "The Guardian" nəşrinə açıqlama verib.

O, AVRO-2020-nin baş tutması üçün bir milyon avroluq mərcə girməyə hazır olduğunu söyləyib: "Virus əbədi yaşayacaq. Düşünürəm ki, vəziyyət çox insanın düşündüyündən tez vaxtda dəyişəcək.

Bu, ciddi problemdir, amma indi intensivlik dərəcəsi azalır. Virus haqqında daha çox məlumat əldə etdik. Ümumiyyətlə, nikbinəm, apokaliptik yanaşmanı sevmirəm, ikinci və üçüncü dalğaları, hətta beşinci dalğanı da gözləməli olacağıq".

Çeferin səlahiyyətli orqanların tövsiyələrinə hazır və tabe olacaqlarını sözlərinə əlavə edib: "Azarkeşlərlə köhnə futbolun qayıdacağına əminəm".

AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat qarşılaşmaları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti