AFFA rəsmisi: "Kimin qarğışı tutdu - Mişelin, yoxsa Brüsselin?!"

18 Mart 2020 10:52 AÇ-2020 894
AFFA rəsmisi: "Kimin qarğışı tutdu - Mişelin, yoxsa Brüsselin?!"

"Avro-2020-nin yeni formatı - tarixdə ilk dəfə çempionatın 12 fərqli ölkənin şəhərlərində keçirilməsi (əvvəl 13 idi, bəlkə də hər şeyin nəhslyi elə oradan başlamışdı) Mişel Platininin ideyası, onun layihəsi idi".

Sportinfo.az xəbər verir ki, bu sözlər AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya məxsusdur.

UEFA milli komandaların bu yay keçirilməli olan əsas turnirinin – Avro-2020-nin tarixinin dəyişdirilməsi – 2021-ci ilə keçirilməsi ilə əlaqədar qərar qəbul edib.

Qərar qəbul olunarkən oyun iştirakçılarının sağlamlığının prioritet məsələ olması və çempionatın təşkil olunacağı ölkələrdə dövlət orqanlarının üzərinə hər hansı əlavə təzyiqin düşməməsi nəzərə alınıb. Avro-2020-nin tarixinin dəyişdirilməsi COVİD-19 virusu ilə əlaqədar məcburi fasilə yaranmış ölkədaxili çempionatların yekunlaşdırılmasına şərait yaradacaq.

UEFA-nın bütün klub və milli komandalar səviyyəsində həm kişilər, həm də qadınlar arasında oyunları (yoldaşlıq görüşləri daxil olmaqla) növbəti qərar qəbul olunana qədər təxirə salınıb.

Avro-2020-yə vəsiqə uğrunda martın sonuna təyin olunmuş play-off oyunları mövcud situasiya dəyərləndirildikdən sonra bu ilin iyun ayındakı beynəlxalq oyun günlərində keçiriləcək.

Avro-2020 üçün yeni tarixlər 11 iyun – 11 iyul 2021-ci il təklif olunub. UEFA hazırda bilet sahibi olanlara və qonaqpərvərlik xidməti müştərilərinə 2021-ci ildə turnirin oyunlarını izləyə bilməyəcəkləri təqdirdə, biletlərin və qonaqpərvərlik xidməti paketlərinin nominal qiymətinin tam şəkildə ödəniləcəyinə zəmanət verir. Növbəti ay ərzində bu proses barədə elektron poçt və euro2020.com/tickets keçidi vasitəsilə əlavə məlumat veriləcək.

Abdulla bu barədə fikirlərini bir qədər obrazlı şəkildə ifadə edib: "Əvvəlcə Mişel futboldan getdi/getməyə vadar olundu. Sonra nəhs rəqəm 12-ə düşdü - Brüssel AÇ-lər tarixinin ən böyük coğrafiyaya malik turnirinin ev sahibləri siyahısındakı yerini itirdi.

İndiki UEFA rəhbərliyi, konkret, prezident Aleksander Çeferin bir neçə müsahibəsində bu formatdan narazılığını dilə gətirib. Rəsmi olaraq bəlli oldu ki, Çeferin hələ 1 il də narazı olduğu bu formata dözməli olacaq. Ümid edək ki, bu müddət uzanmayacaq. Kimin qarğışı tutdu - Mişelin, yoxsa Brüsselin?!".

Digər Xəbərlər
Xəbər Lenti