AÇ-2020-yə hazırlıq üçün 100 milyon ayırdılar

26 Dekabr 2019 17:54 AÇ-2020 780
AÇ-2020-yə hazırlıq üçün 100 milyon ayırdılar

Rusiya İdman Nazirliyi gələn ilin yayında Sankt-Peterburqda Avropa çempionatının 4 oyununun keçirilməsi üçün hazırlıq proqramını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, Rusiya hökuməti proqram üçün 3,54 milyard rubl (təqribən 100 milyon manat) ayrııb.

Bu məbləğin 2,98 milyard rublu federal büdcədən, 559 milyon rubl isə ölkədəki digər qurumların büdcələrindən veriləcək. Rusiya millisi qitə çempionatının final mərhələsində Belçika, Finlandiya və Danimarka ilə B qrupunda mübarizə aparacaq.

Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti