"Bu qələbəyə sevinə bilmədik" - MAREK HAMŞİK

20 Noyabr 2019 12:02 AÇ-2020 671
"Bu qələbəyə sevinə bilmədik" - MAREK HAMŞİK

Slovakiya millisinin kapitanı Marek Hamşik AÇ-2020-nin Azərbaycanla seçmə qrup oyunundan sonra yerli mətbuata açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi qitə çempionatının final mərhələsinə vəsiqə qazana bilmədiklərinə görə Azərbaycan üzərində 2:0 hesablı qələbənin onlara yetərli olmadığını deyib.

"Oyunun çətin keçəcəyini bilirdik. Ona görə erkən qol vurmağa çalışdıq və buna nail olduq. Xüsusən ilk hissədə yaxşı oynadıq. Ancaq çox təəssüf edirəm ki, bu qalibiyyətdən sonra sevinə bilmədik. Biz vaxtında Uelsi üstələməli idik. Vəzifənin öhdəsindən gəlsəydik, indi sevinən tərəf biz olardıq".

E qrupunda 13 xal toplayan Slovakiya Uelsin evdə Macarıstana qalibiyyətindən sonra qrupda 3-cü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi