Bir gecədə yaşananlar: Göz yaşları, sevinc və... FOTOLAR

3 İyun 2023 02:30 Avropa Liqası 1 609
Bir gecədə yaşananlar: Göz yaşları, sevinc və... FOTOLAR

Avropa Liqası hər mövsüm yüzlərlə komandanın mübarizə apardığı, amma sonda "Sevilya"nın qalib olduğu turnirdir

. Bəli, İspaniya təmsilçisi bunu yenə reallaşdırdı.

Əndəlüslər yenə Avropanın 2 nömrəli klub turnirinin qalibi oldular.

Ancaq bu dəfə onlar xeyli əziyyət çəkməli oldular. Çünki qarşılarında “Roma” və avrokubokların finallarında heç vaxt məğlub olmayan Joze Mourinyo vardı.

Matç “canavarlar” üçün yaxşı başladı. Onlar hesabda önə keçməklə titula bir addım yaxınlaşsalar da, bunu reallaşdıra bilmədilər.

Nəticədə oyun penaltilər seriyasına qədər uzandı. "Sevilya"ya titul qazandıran sonuncu zərbəni Qonzalo Montyer vurdu.


Və sonra - yalnız sevinc.

Yasin Bunu gecənin əsas qəhrəmanlardan biridir. Onun penaltilər dəf edən ayağı artıq Sevilya muzeyindədir.

Bir tərəfdə sevinc hissləri yaşanarkən, "Roma"nın futbolçuları uğursuzluğun təəssüfünü yaşayırdılar. Onlar avrokuboklarda ardıcıl titul qazanmaq şansıını da əldən verdilər.

Xüsusilə Paulo Dibala üzgün idi. O, bu kuboku qazanıb Çempionlar Liqasına yollanmağı çox istəyirdi. Argentinalı futbolçu bunun üçün çox çalışdı. Hətta matçda hesabı açan da Dibala oldu. Ancaq bu dəfə alınmadı.

Budur, finalın ingiltərəli baş hakimi Entoni Taylor. Ancaq o, romalıların gözündə ispan kimi göründü.

Xose Luis Mendilibar üçün xüsusi anlardır. Bir il əvvəl o, “Alaves”dən qovulmuşdu. Ötən gecə isə karyerasının ilk titulunu qazandı. Özü də 62 yaşında.

Rafa Mir də sevinclidir. Bir neçə il əvvəl o, “Hueska”da La Liqada qalmaq üçün oynayırdı. İndi onun böyük kubuoku var..

Amma Bunu çox sakitdir. Çünki titul qazanmağa öyrəşib.

Loik Bade qışda icarə əsasında çıxış etdiyi "Nottingem"dən qovulmuşdu. İndi isə Macarıstandan İngiltərəyə mesaj göndərir.

Bu əfsanələri unutmaq olar? Xesus Navas və İvan Rakitiç qocalsalar da, titul qazamağa davam edirlər. Onlar üçün bəlkə də adi günlərdən biridir. Ancaq işlərini peşəkar formada görməyə davam edirlər. Gəncliklərində olduğu kimi...

"Sevilya", sən necə də gözəlsən Xüsusilə Rakitiç. O, sabiq komanda yoldaşı, atdan yıxıldıqdan sonra kəllə-beyin travması alan Serxio Rikonun formasını nümayiş etdirdi. Eyni zamanda onu mükafatlandırma mərasimi boyunca üzərində daşıdı.

Daha sonra Rakitiç kuboku azarkeşlərə tərəf apardı. Bu insanlar, klub La Liqada 19-cu yerdə olanda da onlara inanırdılar. Amma indi heç kim əvvəlki uğursuzluqları xatırlamır. Çünki bu gün doyunca sevinmək istəyirlər.

Avropa Liqası yenidən "Sevilya"ya təslim oldu. Bu, illərdir dünyada dəyişməyən tək şeydir.

Heybət Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti