Stadionda qapıçıya hücum edən xuliqana 40 illik cəza verildi

22 Mart 2023 10:00 Avropa Liqası 1 146
Stadionda qapıçıya hücum edən xuliqana  40 illik cəza verildi

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində PSV ilə səfər oyunu zamanı “Sevilya”nın qapıçısı Marko Dmitroviçə hücum edən azarkeşin cəzası açıqlanıb.

Sportinfo.az xəbər verir ki, niderlandlı fanatın 40 il futbol matçlarına girişi qadağan edilib.

Bu barədə Eyndhoven təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sözügedən şəxs qarşıdakı 2 il ərzində hətta klubun ev oyunlarını keçirdiyi “Filips Stadium”un yaxınlığına da buraxılmayacağı diqqətə çatdırılıb.

Araşdırmalar nəticəsində həmin azarkeşin daha öncə də xuliqanlıq etdiyi və Niderland Futbol Federasiyası tərəfindən 2026-cı ilə qədər cəzalandığı müəyyənləşib.

Lakin o, başqa bir dostunun adına alınmış biletlə “Sevilya”ya qarşı oyunu izləmək imkanı qazanıb.

Fevralın 23-də keçirilmiş bu matçda “Sevilya” rəqibini 2:0 hesabıyla məğlub etmişdi. Qarşılaşmanın əlavə vaxtında meydana girən azarkeş qapıçıya hücum etmişdi.

Lakin Dmitroviç sayıq davranaraq həmin fanatı zərərsizləşdirə bilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti