Avroliqada 1/4 və yarımfinal cütlükləri bəlli olacaq

17 Mart 2023 12:00 Avropa Liqası 889
Avroliqada 1/4 və yarımfinal cütlükləri bəlli olacaq

Bu gün Avropa Liqasında cari mövsümün sonuncu püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Püşkatma mərasimində 1/4 və yarımfinal cütlükləri bəlli olacaq, eyni zamanda, final matçının nominal meydan sahibinin adına aydınlıq gələcək.

Bu mərhələdən etibarən, püşkün nəticəsinə əsasən, istənilən ölkə təmsilçisi bir-birilə qarşılaşa biləcək.

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq.

Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

1/4 final mərhələsi

"Union" (Belçika)

"Bayer" (Almaniya)

"Arsenal" (İngiltərə)

"Roma" (İtaliya)

"Sevilya" (İspaniya)

"Yuventus" (İtaliya)

"Mançester Yunayted" (İngiltərə)

"Feyenoord" (Niderland)

Digər Xəbərlər
Xəbər Lenti