Avropa Liqasında həftənin ən yaxşı futbolçusu

30 Aprel 2022 00:20 Avropa Liqası 1 415
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu

Avropa Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, "Ayntraxt"ın futbolçusu Daiti Kamada həftənin ən güclüsü olub.

Frankfurt təmsilçisi Avropa Liqasının yarımfinal mərhələsinin "Vest Hem"ə qarşı keçirdiyi ilk görüşünü səfərdə 2:1 hesabı ilə qazanıb.

Kamada bu matçda komandasının qollarından birinə imza atıb və 90 faiz dəqiq ötürmə ilə yadda qalıb.

Kamadadan savayı ən yaxşı adına Cibril Sou ("Ayntraxt"), Marsel Halstenberg ("Leypziq") və Anhelinyo ("Leypziq) da namizəd idi.

Digər Xəbərlər
Xəbər Lenti